İxtisas seçimi: Rəqabətin güclü olacağı QRUPLAR

İxtisas seçimi: Rəqabətin güclü olacağı QRUPLAR İyunun 2-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanının 1-ci mərhələsi həyata keçirildi. Abituriyentlərin əksəriyyəti imtahanın normal keçdiyini qeyd etdiyi halda, bəziləri fənlərin çətin olduğu qənaətindədirlər.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elçin (Əfəndi) Əfəndiyevin sözlərinə görə, keçirilən qəbul imtahanında bəzi fənlərdə sualların çətin olması ilə bağlı iddialar doğrudur:

“İyunun 2-də I və IV ixtisas qrup üzrə qəbul imtahanı keçirildi və həmin imtahanda 35-36 min abituriyentin iştirakı nəzərdə tutulub. Eyni zamanda bəzi abituriyentlər qaydaları pozmuşdular, lakin bütün bunlarla parelel təbii ki, iştirakçılar öz ixtisas qrupları üzrə imtahan verdilər.

Əlbəttə imtahandan sonra I ixtisas qrupunu seçən abituriyentləri əsasən riyaziyyat və fizika fənninin çətin olduğunu bildirdilər. IV ixtisas qrupunun abituriyentləri isə biologiya fənnindən düşündürücü sualların çox olduğunu qeyd edirlər”.

Ekspert I və IV ixtisas qruplarında rəqabətin artacağını dilə gətirib:

“Müşahidələrimizə əsasən deyə bilərəm ki, ən çox yüksək nəticə göstərən qruplar məhz I və IV ixtisas qrupları olacaq. Bu səbəbdən də bu ixtisas qruplarında rəqabətlilik çox olacaq.

I qrupda daha çox plan yeri var, həmçinin ən çox müraciət sayı bu qrupdadır. IV ixtisas qrupuna gəldikdə isə, bu il rekord göstəricisi qeydə alınıb.

Təxminən 6 minə yaxın abituriyent elektron ərizə qəbulunda iştirak ediblər. Bu son illərin IV ixtisas qrupu üzrə müraciət sayında ən yüksək göstəricidir. Bu da öz növbəsində gərginliyin olacağı anlamı verir”.

Tehsil-press.az

Oxşar xəbərlər