Ən təhlükəli çimərliklər bunlardır: Dizə qədər olan suda belə...

Ən təhlükəli çimərliklər bunlardır: Dizə qədər olan suda belə... 2024-cü ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Baku TV xəbər verir ki, uda boğulanlardan 27-si kişi, 3-ü qadın olub. Onlardan 11 nəfər xəstəxanaya təxliyə edilib, 6-na yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb. Bəs bu qədər insanın dənizdə batmasının səbəbi nədir?

Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəli ərazilərin siyahısını təqdim edib.

"Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres", Nardaran qəsəbəsində "12-ci dalan", "Yaxt klub", "Estekada" deyilən ərazi, Nardaranla Bilgəh qəsəbəsi arasında yerləşən, el arasında "Rus çimərliyi" kimi tanınan və 10-a yaxın nəzarətsiz ərazi, eləcə də Goradil və Novxanı qəsəbələri arasındakı "Sarı Qaya", Qaradağ rayonundakı "Mayak" deyilən ərazi xüsusi təhlükəli ərazilər kimi qiymətləndirilib", - deyə qurumdan bildirilib.

"Şimal Qres" deyilən ərazidə keçirilən sorğu nəticəsində məlum olub ki, burada çimməyin qadağan olunduğu ilə bağlı sakinlərə xəbərdarlıq edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər