Məhkəmə sədri: “Peşəkar hüquqşünas həmkarlarımızı konstruktiv dialoqa dəvət edirik”

Məhkəmə sədri: “Peşəkar hüquqşünas həmkarlarımızı konstruktiv dialoqa dəvət edirik” "Bakı Apellyasiya Məhkəməsi olaraq öz növbəmizdə məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü siyasətə dəstək olmaq, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini, eləcə də məhkəmə icraatının obyektivliyini, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi və cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək üçün müvafiq tədbirlərin görülməsinə səy göstərmək əzmindəyik. Düşünürük ki, ilk növbədə biz məhkəmə istifadəçiləri ilə faydalı kommunikasiyaya nail olmalı və məhkəmənin fəaliyyətinin ictimaiyyət qarşısında hesabatlılığını təmin etməliyik".

E-huquq.az-ın məlumatına görə, bunu Bakı Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərov bildirib.

Sədr qeyd edib ki, məhkəmə tərəfindən yaradılmış sosial media hesablarının əsas məqsədi məhkəmə sisteminə ictimai etimadın və vətəndaş məmnunluğunun artırılması, vətəndaşların, məhkəmə istifadəçilərinin, o cümlədən vəkillərin, ölkənin hüquq ictimaiyyətinin nümayəndələrinin və digər aidiyyəti şəxslərin aktiv iştirakı ilə məhkəmə sistemi sahəsində səmərəli ictimai iştirakçılıq mexanizminin formalaşdırılması, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların və digər neqativ halların aşkar edikərək onlara çevik və operativ reaksiya verilməsindən və həmin problemlərin vaxtında aradan qaldırılmasından ibarətdir: "Ona görə də biz bütün məhkəmə istifadəçilərini, o cümlədən peşəkar hüquqşünas həmkarlarımızı konstruktiv dialoqa dəvət edir və bir daha bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin fəaliyyəti ilə bağlı məhkəmə istifadəçilərini qane etməyən və haqlı narazılıq doğuran dəqiqləşdirilmiş hallarla bağlı daima kommunikasiyaya açığıq".

Tehsil-press.az

Oxşar xəbərlər