Bu gün Məhkəmə-Hüquq Şurasının iclasında pandemiya dövründə məhkəmə proseslərinin keçirilməsi məsələsi müzakirə olunub.
İclasda bildirilib ki, qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılır, Ali Məhkəmə Plenumunun qərarına əsasən məhkəmələr tərəfindən sərt karantin rejimi dövründə təxirəsalınmaz, yaxud bilavasitə məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması təmin olunur.
“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin video-bağlantı şəklində keçirilməsi məqsədilə xüsusi proqram modulunun hazırlanması və bir sıra məhkəmələrdə qeyd edilən formatda işlərə baxılması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsaslı töhfə verib.
Cinayət işlərinə də video bağlantı ilə baxılmasına dair qanun layihəsinin hazırda Milli Məclisin baxışında olduğu qeyd edilib.
Tehsil-press.az