“Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında sorğu keçirib.
Tehsil-press.az Azərtac-a istinadən xəbər verir ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8 faizi səsini İlham Əliyevə verib. Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür. Rəyi soruşulanların əksəriyyəti prezidentin xarici siyasətini dəstəkləyir: 87, 3 faiz bu siyasəti “çox yaxşı” və ya “əsasən yaxşı” qiymətləndirib. Cəmi 5 faiz dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6 faizi bu siyasəti “pis”, 2,1 faizi isə “çox pis” adlandırıb. Respondentlərdən, həmçinin xarici siyasətimizdəki hansı hadisəni son vaxtların ən uğurlu hadisəsi hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib.
Nəticədə 65,5 faiz xarici siyasətin ən uğurlu hadisəsi kimi Prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə dördüncü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib. Təxminən o qədər - 63,8 faiz respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi Prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident Rəcəb Tayyib Ərdoğana dəstək kimi qiymətləndirib. Daha 38 faiz xarici siyasətdəki uğurlu addımlar sırasında dövlətimizin başçısının İrana səfərini, 19 faiz isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.
tehsil-press.az