Beş nəfərlik ailə vəhşicəsinə qətlə yetirildi

Beş nəfərlik ailə vəhşicəsinə qətlə yetirildi Özbəkistanda dəhşətli qətl hadisəsi baş verib. Daşkənd vilayətində naməlum şəxs üçü azyaşlı uşaq olmaqla beş ailə üzvünü qətlə yetirib.

Musavat.com xəbər verir ki, cinayətkar evi yandıraraq yoxa çıxıb.

Bildirilir ki, evdə 3-ü uşaq olmaqla 5 nəfərin yanmış meyidi tapılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 26-da saat 06:19-da rayon Fövqəladə Hallar İdarəsinə Yeniyul rayonu, Nurəfşon küçəsində yerləşən evdə yanğın olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb. Evə baxış zamanı 5 nəfərin (1991-ci il təvəllüdlü kişi, 1999-cu il təvəllüdlü qadın, 2021 və 2022-ci il təvəllüdlü iki oğlan və 2018-ci il təvəllüdlü qız) meyitləri aşkar edilib. Ölənlərin bədənində müxtəlif dərəcəli xəsarətlər olub.

Faktla bağlı Yeniyul rayon prokurorluğu tərəfindən “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı şübhəli şəxsi saxlayıb.

Baş Prokurorluqdan bildirilib ki, saxlanılan şəxs qətlə yetirilən ailə başçısının qohumudur. İlkin məlumata görə, cinayətə səbəb borc olub.

Tehsil-press.az

Oxşar xəbərlər