Anasını öldürüb intihar görüntüsü yaratdı - Rəsmi açıqlama

Anasını öldürüb intihar görüntüsü yaratdı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün Xətai rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.
Ilkin olaraq hadisə intihar kimi qeydə alınıb:
“Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb.
Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir”.
Qeyd edək ki, yeniyetmə anasını qətlə yetirdikdən sonra hüquq-mühafizə orqanlarına zəng edərək onun intihar etdiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər