“AzInTelecom”un media üzrə məsul şəxsi o oldu

“AzInTelecom”un media üzrə məsul şəxsi o oldu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinə yeni rəhbər təyin edilib.

Bu vəzifə qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Amin Nəzərliyə həvalə olunub. O, bundan sonra qurumun media üzrə məsul şəxsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, A.Nəzərli daha əvvəl “Qafqazinfo”nun əməkdaşı olub.

Xatırladaq ki, sözügedən bölmənin keçmiş rəhbəri Murad Əhmədov bir müddət öncə AzInTelecom-da Marketinq şöbəsinin müdiri təyin edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər