Tələbələrin rəqəmsal marketinq üzrə bilikləri artırılır

Tələbələrin rəqəmsal marketinq üzrə bilikləri artırılır Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin Rəqəmsal marketinq bölməsinin təşkilatçılığı ilə tələbələrə rəqəmsal marketinq üzrə təlim keçirilib.
Rəqəmsal marketinq bölməsinin rəhbəri Şahmar Rəfili çıxış edərək təlimin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, tələbələr rəqəmsal marketinqin incəliklərinə yiyələnməklə fərdi inkişaflarını daha da sürətləndirə bilərlər.
İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov da rəqəmsal marketinqin önəmini vurğulayıb, O, bütün ixtisaslarda təhsil alan tələbələrin rəqəmsal marketinq üzrə biliklərinin artırılmasının vacib olduğunu deyib.
Təlimçi Nərmin Qurbanova tələbələrə rəqəmsal marketinqin incəlikləri, tətbiq sahələri, istifadə olunan alətlər, bu istiqamətdə dünya təcrübəsi və ölkəmizdə mövcud vəziyyət haqqında ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər