BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur Bakı Dövlət Universiteti (BDU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.

Avqustun 1-dək davam edəcək sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi iştirak edir.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə BDU nümayəndələri iştirakçılara ölkənin ən böyük ali məktəbindəki ixtisaslar, təhsil və karyera imkanları, xarici ölkə universitetləri ilə ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı ətraflı məlumat verirlər. Həmçinin Universitetin elmi-metodiki bazası və digər imkanları da təqdimatlarla nümayiş olunur.

Tehsil-press.az

Oxşar xəbərlər