Goranboy Rayon İcra Hakimiyyətində daha bir məsul şəxs istefa verib. İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənovun istefasından sonra Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nicat Məmmədov da anoloji addım atıb.
Məlumata görə, Ş.Həsənovla N.Məmmədov yaxın dost olublar. Ş.Həsənovun istefasından sonra rayon icra başçısı Məhərrəm Quliyev N.Məmmədovun ərizəsinin üstünü yazaraq, onu da işdən azad edib.
Məsələ ilə bağlı N.Məmmədov Bakupost.az -a açıqlamasında bildirib ki, başçının birinci müavini Seymur Nazarovla aralarında baş verən narazılıq, onun işinə mane olması səbəbindən bu addımı atmağa məcbur olub:
"Mən başçıya məlumat verdim. Ərizə yazanda bildirmişdim ki, mənə qarşı haqsız, ədalətsiz münasibət göstərildiyi üçün vəzifə səlahiyyətlərimi faktiki olaraq yerinə yetirə bilmirəm, xahiş edirəm, tutduğum vəzifədən azad edin. Mənə işləməyə imkan vermirdi. Bu adamın səriştəsizliyi, öz işindən başqa bütün məsələlərə müdaxilə etməsi orada çalışmağımı mümkünsüz etdi. Mən başçıya bu barədə dəfələrlə bildirdim, amma o, heç bir tədbir görmədi”.
N.Məmmədov işdən çıxmağı barədə özü ərizə versə də, işdən azad edilməsinin qanunsuz olduğunu bildirib:
"Mən ərizə yazdım, amma başçı təsdiqləmədi. Həmin vaxt stress keçirdim, halım pisləşdi, təcili yardım gəldi və mən bülletənə çıxıb müalicəyə başladım. Başçı mən bülletendə olduğum vaxt işdən çıxarılmağım barədə əmr verib. Bu, qanunsuzdur”.
N.Məmmədov hüquqlarını bərpa etmək üçün ona haqsızlıq edən şəxslərə qarşı mübarizə aparacağını bildirib:
"Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşüb Goranboy İH-də nələrin baş verdiyini ona şəxsən söyləyəcəyəm. Ondan sonra da mənim haqqımı tapdalayan adamlara qarşı mübarizəyə başlayacağam”.
N.Məmmədov bir neçə gün əvvəl istefa verən Ş.Həsənovla dost olduğunu təsdiqləyib:
"Bəli, yaxın dostuq. Bir yerdə oxumuşuq”.
Məsələ ilə bağlı qarşı tərəf – S.Nazarovla əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. O, iş telefonunu götürmür, mobil nömrəsi isə bağlıdır.
Tehsil-press.az