Gülnarə Qurbanova qəfil vəfat etdi

Gülnarə Qurbanova qəfil vəfat etdi Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri Gülnarə Qurbanova qəfil vəfat edib.

Bu barədə universitetin feysbuk səhifəsində paylaşım edilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurbanova 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.

Mərhum 2014-cü ildə universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər