Kollec imtahanlarının nəticələri açıqlandı

Kollec imtahanlarının nəticələri açıqlandı Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər. Həmçinin müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında ümumi məlumat

Kollec imtahanlarının nəticələri açıqlandı


Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan abituriyentlərin sayı haqqında məlumat

Kollec imtahanlarının nəticələri açıqlandı


Abituriyentlər 2024-cü il 12 – 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər