Rusiyada 6 yaşlı azərbaycanlı uşaq 10-cu mərtəbədən yıxılaraq ölüb

Rusiyada 6 yaşlı azərbaycanlı uşaq 10-cu mərtəbədən yıxılaraq ölüb Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufada 6 yaşlı uşaq 10-cu mərtəbədən aşağı düşərək həyatını itirib. Virtualaz.org xəbər verir ki, bu barədə Başqırdıstanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 25-i axşam saatlarında baş verib. Altı yaşlı uşağın meyiti Ufanın Kirov rayonunda yerləşən binanın yaxınlığında aşkar edilib. Hadisə uşaq otaqda tək olarkən baş verib. 30 yaşlı ana uşağı otağında tək qoyub. Eyni zamanda, otağın pəncərəsi havanın dəyişdirilməsi məqsədi ilə açıq olub. Bir müddət sonra otaqdakı səssizlik qadının diqqətini çəkib və o, otağa qaçıb. Ana uşağı otaqda görmədikdə bədbəxt hadisənin baş verdiyini başa düşüb və aşağı qaçıb. Qadın hadisə yerinə çatanda övladında həyat əlamətləri olmayıb. Həkimlər uşağın öldüyünü təsdiq ediblər. Faktla bağlı yoxlama aparılır. Uşağı nəzarətsiz qoyduğuna görə ana məsuliyyətə cəlb edilə bilər. Ailənin Rusiyaya Azərbaycandan gəldiyi bildirilir.

tehsil-press.az

Oxşar xəbərlər