55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı

55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı İntiharın təfərrüatları hələlik məlum deyil.

Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsi 39/11 ünvanında çoxmərtəbəli yaşayış binalarından birinin 9-cu mərtəbəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Rüxsarə Kamal qızı Yunusova özünü yaşadığı mənzilin eyvanından ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun hansı səbəbdən belə bir addım atması hələlik məlum deyil. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda sonuncu belə hadisə martın 29-da Nizami rayonu ərazisində qeydə alınıb. Naxçıvanski küçəsindəki mənzillərdən birində yaşayan Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Jalə Nizami qızı Teymurova özünü yaşadığı 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Yerli KİV-in məlumatına görə, Jalə Teymurova Bakıdakı tibb müəssisələrindən birində tibb bacısı işləyib.

55 yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
Özünü atan Rüxsarə Kamal qızı Yunusova

tehsil-press.az

Oxşar xəbərlər