İngilis dili Təmayüllü Gimnaziyaya qəbul imtahanı keçirilib

İngilis dili Təmayüllü Gimnaziyaya qəbul imtahanı keçirilib Naxçıvan Dövlət Universitetinin İngilis dili Təmayüllü Gimnaziyasına qəbul imtahanı həyata keçirilib.

Universitetin Xarici dillər fakültəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin 5-ci sinfini bitirən şagirdlər üçün keçirilən qəbul imtahanında ümumilikdə 233 şagird iştirak edib. İmtahanda Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Tarix və Təbiət fənlərindən ümumilikdə test formatında 100 sual təqdim olunub. 2024-2025-ci tədris ilində muxtar respublika üzrə 60 şagirdin təhsil alacağı gimnaziyada tədris azərbaycan dilində həyata keçiriləcək.

3 saat davam edən imtahanın sualları Naxçıvan Dövlət Universitetinin İmtahan Mərkəzi tərəfindən tərtib edilib. İmtahanlarda şagirdlərin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları prosesə cəlb olunub. 28 nəzarətçinin iştirak etdiyi imtahan 14 sinifdə aparılıb.

Qeyd edək ki, İngilis dili Təmayüllü Gimnaziyaya müsabiqə yolu ilə aparılan qəbul imtahanının nəticələri 2 gün ərzində Naxçıvan Dövlət Universitetin rəsmi internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər