BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2024/2025-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2024/2025-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyi 2024/2025-ci tədris ili üçün V sinfə şagird qəbulu elan edir. Müsabiqədə ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələri üzrə təhsil alan IV sinif şagirdləri iştirak edə bilərlər. Qeydiyyat prosesi 2024-ci il mayın 17-dən iyunun 13-dək davam edəcək. Qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elektron portal (http://qebul-lisey.bsu.edu.az/) vasitəsilə həyata keçirilir. Qəbul imtahanı 2024-cü il 23 iyun tarixində keçiriləcək. Qəbul planı Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla nəzərdə tutulub.

Liseyə qəbul imtahanı yalnız bir mərhələdən ibarətdir və imtahanın müddəti 2 (iki) saat təşkil edir. İmtahan aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:
- Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;
- Riyaziyyat – 25 sual;
- Məntiq – 10 sual.

Qəbul imtahanı və imtahanın keçiriləcəyi yer haqqında əlavə məlumat veriləcək.

Əlaqə üçün:
Telefon: (012) 510-74-54; (012) 510-74-94
Elektron-poçt: [email protected]

Tehsil-press.az

Oxşar xəbərlər