Dövlət İmtahan Mərkəzində TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək Dövlət İmtahan Mərkəzində (DİM) mayın 18-də növbəti TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçiriləcək.
İmtahanlar Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. TOEFL IBT imtahanı saat 09:30-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupundan olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
“PTE Academic” ingilis dili imtahanı isə saat 10:00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 09:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Tehsil-press.az

Oxşar xəbərlər