Son günlər Türkiyə mediasına damğa vuran 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar məlum olub.
Saxlanılanlar arasında olan Nevzat.B. adlı şəxsin hüquq-mühafizə orqanlarına verdiyi ifadənin tam mətni ortaya çıxıb.
Həmin ifadəni təqdim edirik:
“Avqustun 21-də kəndin su təchizatının kəsilməsindən sonra muxtar Səlim Gürana (red.- Narin Güranın əmisi) zəng etdim. Səlim Güran problemlə bağlı səlahiyyətlilərə müraciət edəcəyini dedi. Daha sonra öz maşınımla evdən çıxdım. Bir qədər sonra 47 nömrəli ağ rəngli “Renault” markalı avtomobillə arxamda Səlim Güranı gördüm. Su problemi ilə bağlı mənə nəsə deyəcəyini düşündüyüm üçün onu gözlədim.
Bu zaman Səlim Güran maşının ön sərnişin oturacağında ədyala bükülmüş bir şeyi mənə göstərərək “Bunu məhv edəcəksən!” dedi.
Onun işarə etdiyi yerə yaxınlaşanda gördüm ki, kimsə bükülmüş halda hərəkətsiz uzanıb. Onun insan olduğunu anlayanda təəccübləndim və tərəddüd etdim.
Səlim Güran mənə “Ailəni yaxşı düşün. Sənə 200 min TL (təxminən 10 min AZN) verəcəm” dedi.
O vaxt ətrafımızda heç kim yox idi. Sonra məndən soruşdu: “Maşında çanta var?” Onda maşının yük yerindən rəngi yadımda olmayan çuval çıxarıb Səlimə verdim.
İkimiz birlikdə cəsədi büküb çuvalın içinə qoyduq. Bu zaman uşağın əynində qara köynək və şortik var idi. Üstündən də kiçik bir çanta asılmışdı. Uşağı çuvala qoyanda sağ qulağının arxasında, boyun nahiyəsində səpgilər gördüm.
Muxtar Səlim Güran yola düşməzdən əvvəl əli ilə mənə Əyərtutmaz çayına tərəf işarə verdi.
Onu basdırıb evə dönəndə artıq kənd camaatı təşvişə düşmüşdü. Anam və həyat yoldaşım Narini axtarırdılar. Mənə yaxınlaşanda isə yuxarıda təsvir etdiyim hadisə ilə bağlı heç nə demədim.
Evə girib namaz qıldım, sonra Narinin axtarışlarında iştirak etdim. Axtarışlarda onun əmisi Səlim Güran da var idi. İkimiz də axtarış-xilasetmə qruplarına qoşulub saxta axtarış apardıq”.
Qeyd edək ki, avqustun 21-də Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən 8 yaşlı Narin Güranın cansız bədəni bir neçə gün öncə yaşadıqları məhəllədən təxminən iki kilometr aralıda dərə yatağında aşkarlanıb. Onun qətli ilə bağlı əmisi Səlim Güran başda olmaqla bir neçə ailə üzvü və tanışı şübhəli qismində saxlanılıb.(Qafqazinfo)
Tehsil-press.az