Bakı tıxacların cəngində – deputat çarə göstərir

Bakı tıxacların cəngində – deputat çarə göstərir Deputat Razi Nurullayev açıqlayıb ki, tıxaclar beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı daha da kəskinləşib. Onun sözlərinə görə, təbii ki, bu tədbirlər hər zaman olacaq və hətta çoxalacaq. Tribunainfo.az məlumat verir ki, Nurullayev bu barədə öz fikirlərini bölüşüb.

Onun fikrincə, müsbət haldır ki, şəhərimizə xarici turistlər gəlir, tədbirlər keçirilir. “Bunlar iş yerləri deməkdir, mağazaların, ictimai-iaşə obyektlərinin, xidmət sahəsinin inkişafı deməkdir. Yüz minlərlə insanlar da xidmət və turizm sahəsindən evlərinə çörək aparır.
Bəs tıxaclarla neynəyək?

Yeganə yollardan biri ictimai nəqliyyatla bağlı rahatlığın daha tez təmin edilməsidir ki, vətəndaşlar avtomobildən düşüb avtobuslara minsinlər. Bununla bağlı müəyyən işlər aparılır. İkinci isə metro tikintisinin sürətləndirilməsidir. Bu isə böyük vəsait tələb edir.

Zənnimcə, Neft Fondundan bu məqsədlə vəsait ayrılması özünü doğrulda bilər. Onsuz da tıxaclarda yüz minlərlə faydalı iş saatları itirilir ki, bu da sosial həyat və iqtisadi inkişaf üçün ciddi siqnaldır. Başqa yollar da varmı? Siz nə düşünürsünüz ?”

Tehsil-press.az

Oxşar xəbərlər