Xəbər verdiyimiz kimi, COP29 zamanı bir sıra məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, 12-22 noyabr tarixlərində universitetlər distant təhsilə keçəcək, orta məktəblərdə tətil olacaq. İş yerləri ilə bağlı vəziyyətin necə olacağı isə hələ açıqlanmayıb.
Məsələ ilə bağlı Axar.az-a danışan əmək məsələləri üzrə ekspert Sahib Məmmədov deyib ki, məsafədən idarə oluna bilən az sayda iş yerləri var.
“Bunlar, əsasən ofis işləridir. Xidmət sahəsi, tacirlər, zavod-fabrik işçiləri, nəqliyyat sektoru və s. - bunlar distant işləyə bilməz. Odur ki, distant iş rejimi müəyyən məhdud sahələri əhatə edə bilər”.
Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, COP29 zamanı iş yerlərinin onlayn sistemə keçməsi qaçılmazdır:
“COP zamanı şəhərimizə çoxlu qonaq gələcək. Yollarda tıxacların qarşısını almaq üçün hesab edirəm ki, buna böyük ehtiyac var. Bu, həm də təhlükəsizlik baxımından önəmlidir. Təhsil müəssisələri ilə bağlı verilən qərar, yaxşı olardı ki, bəzi iş yerləri üçün də tətbiq olunsun. Dövlət müəssisələrində bunu asanlıqla etmək olar. Özəl sektorda isə onlayn işə keçid tətbiq olunarsa, müəyyən dotasiyalara ehtiyac yaranacaq. Çünki elə müəssisələr var ki, distant iş onun qazancına ciddi təsir edir, ona görə də gərək, dövlət kompensasiya versin.
Digər tərəfdən, bir çox iş yerlərində növbəlilik də tətbiq edilə bilər, hamının iş yerində olması vacib deyil. Hansının işi evdə mümkündürsə, o, distant qaydada işləyə bilər. Məsələn, ofisim şəhərin mərkəzindədir. Vəkil olduğum üçün həmin dövrə aid alternativlər fikirləşə bilirəm. Amma məhkəmələr nə edəcək? Onlayn məhkəmə sistemi bizdə qurulmayıb”.
Tehsil-press.az