Kürdəmirdə 23 yaşlı qız dərmandan zəhərlənib

Kürdəmirdə 23 yaşlı qız dərmandan zəhərlənib Kürdəmir rayon sakini dərmandan zəhərlənib.

Hadisə rayonun Atakişili kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Nailə Habil qızı Süleymanova xəstələndiyi üçün eyni anda 5 ədəd dərman qəbul edib.
Vəziyyəti getdikcə pisləşən N.Süleymanova kimyəvi zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin ilkin müdaxiləsindən sonra xəstənin vəziyyəti nisbətən sabitləşib. O, öz istəyi ilə evə buraxılıb. Həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirirlər.

tehsil-press.az

Oxşar xəbərlər