Bir ailənin 7 üzvü kətədən zəhərləndi

Bir ailənin 7 üzvü kətədən zəhərləndi Tovuzun Molla Ayrım kənd sakinləri meşədən yığılan pencərdən kətə hazırlayıblar.

Tehsil-press.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ailə üzvləri onu yedikdən bir neçə saat sonra zəhərləniblər. 74 yaşlı Zərnişan Məmmədova, onlara qonaq gələn qızı Nazilə Əzizova, oğlu 38 yaşlı Sərdar, gəlini 28 yaşlı Aygül, nəvələri 11 yaşlı Şəlalə, 10 yaşlı Samir və 3 yaşlı Elnarənin səhhətində problem yaranıb. Zəhərlənən 7 nəfər Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Uşaqların vəziyyəti normallaşsada, yaşlı qadın tibb müəssisəsinin reanimasiya, digər xəstələrsə nfeksion xəstəliklər şöbəsinə yerləşdirıliblər. 74 yaşlı Zərnişan Məmmədovanın vəziyyəti ağır qiymətləndirilir. Kənd sakinlərinin sözlərinə görə, yazda dağlıq ərazidə bitən bu bitkilərdən illərdir istifadə edirlər. İlk dəfə belə xoşagəlməz halla qarşılaşıblar.

tehsil-press.az

Oxşar xəbərlər