“Lavrov dedi ki, mən ser Gey deyiləm” – Conson

“Lavrov dedi ki, mən ser Gey deyiləm” – Conson Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya xarici işlər naziri Sergey Lavrovla 2017-ci ildə Moskvadakı görüşünün detallarını bölüşüb.

Conson 2017-ci ildə uzun müzakirələrdən sonra Moskvaya gəldiyini və burada əsas Suriya mövzusunu müzakirə etdiyini bildirib.

Conson Moskvaya ümidsiz şəkildə getdiyini yazıb:

“Xüsusi güvənim yox idi ki, buradan yaxşı nəsə çıxacaq. Lavrov isə hündür boy, siqareti siqaretə calayan, yarı erməni, qaranlıq və qəribə biri idi. O, çar dövründən bu yana Rusiyanın ən çox vəzifədə qalan xarici işlər naziri idi. O, bizim dönəmin Qromıkosudur”.

Conson həmçinin Lavrovla görüşünün ilk anlarını təsvir edib:

“”Mən ser Gey deyiləm”, – deyə Sergey əl sıxışmasında söylədi. “Ser Geylər sizin Forin-ofisinizdədirlər” – daha sonra o davam etdi”.

O görüşün heç bir nəticə vermədiyini söyləyib:

“Görüş heç nə vermədi. Biz Suriya və Ukrayna ilə bağlı razılaşmadan uzaq idik və mən Aleksandr Litvinenkonu xatırlatdım, o isə xaç çəkib, gülümsündü. Daha sonra o dedi ki, yəhudilər də İsanı öldürmüşdülər, amma bu o demək deyil ki, biz İsraillə münasibətlərdən imtina etməliyik. Fundamental fakt o idi ki, Rusiya 20 il əvvəllə müqayisədə tamam ayrı yer idi. O, artıq sadəcə soyuq müharibədə qalib gəlinmiş güc deyildi”./Globalinfo.az/

Tehsil-press.az

Oxşar xəbərlər