Dövlət təhlükəsizliyi və vətəndaşların dinc birgəyaşayış maraqlarını nəzərə alaraq, cəmiyyətə məlumat vermək istəyirik ki, əldə edilmiş məlumata əsasən, siyasi dairələrlə bağlı olan qruplar, Gürcüstanda yaxınlaşan parlament seçkiləri ərəfəsində süni intellekt və digər müasir texnologiyalar vasitəsilə saxta, montaj edilmiş video və audio yazıların yayılmasını planlaşdırırlar.
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı bəyanatda qeyd olunub.
"Həmin saxta yazılarda Gürcüstan hakimiyyətinin nümayəndələrinin səsləri və video görüntüləri istifadə ediləcək. Bu saxta məlumatların yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, həmçinin hakimiyyətlə pravoslav kilsəsi arasında nifaq salmaq və hakimiyyətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir.
Falsifikasiyanın nəticəsində əldə edilən məlumatları yayanlar, özləri tərəfindən yaradılmış saxta yazıları cəmiyyətə Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumat kimi təqdim edəcəklər və bu hərəkətlə, bir tərəfdən qurumun nüfuzdan salınmasına, digər tərəfdən isə hakimiyyət qolları arasında ziddiyyətlər yaradılmasına çalışacaqlar. Bu təxribatın əsas məqsədi isə süni şəkildə etiraz dalğası yaratmaq və ölkədə qeyri-sabitlik ocaqlarını meydana gətirməkdir ki, bu da nəticədə siyasi məqsədlər üçün istifadə olunacaq.
Biz bu qrupların fəaliyyətini diqqətlə izləyirik və hər hansı qanun pozuntusu baş verdiyi təqdirdə, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək", - DTX-nın bəyanatında vurğulanıb.
Tehsil-press.az