Lalə-Şövkətlə bağlı mühüm xəbər

Lalə-Şövkətlə bağlı mühüm xəbər “Hakimiyyət düşərgəsindən Azərbaycan Liberal Partiyasına dialoq təklifi hələ islahatların elan edildiyi dövrdə gəlib”.
Bu barədə Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib.
Onun sözlərinə görə, ALP ölkənin taleyüklü məsələlərinin hakimiyyətlə müzakirəsində həmişə maraqlı olub. Bu baxımdan, dialoq prosesinə də isti yanaşıb. “Lakin prosesi irəliyə doğru addım kimi xarakterizə etmək mümkün deyil. Dialoq təklifi hakimiyyət düşərgəsindən gəlməsinə baxmayaraq, elə onlar tərəfdən iflasa uğradıldı. Faktiki olaraq “Siyasi partiyalar haqqında” Qanun dialoq prosesinə zərbədir və bu onu göstərir ki, hakimiyyət daxilində siyasi islahatların hıyata keçirilməsində maraqlı olmayan məmur korpusu var”, – deyə Əvəz Temirxan bildirib.
ALP sədri qeyd edib ki, yeni qanun qeydiyyat problemini çətinləşdirsə də, partiya və lider Lalə Şövkət Hacıyeva istənilən situasiyaya hazırdır. “Əlbəttə ki, biz də plansız deyilik. Hər bir xırda nüansı belə, nəzərə alaraq işimizi qururuq. Ona görə də hər bir situasiyaya hazırıq. Yəni, mübarizə davam edəcək”, – deyə o vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər