Ötən gün dünyasını dəyişən “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əmədovun dəfn mərasimində ölkənin xeyli tanınmış adamları, hazırki və sabiq məmurlar iştirak ediblər.
Globalinfo.az sabiq rəisin dəfnində Metropoliten rəhbərinin iştirak edib-etmədiyini araşdırıb.
“Bakı Metropoliteni” QSC-dən saytımıza verilən məlumata görə, Metropolitenin rəhbəri dəfndə şəxsən iştirak edə bilməsə də, kollektiv orada olub:
“Sədr müavini də daxil olmaqla, rəhbər şəxslər, kollektivin üzvləri Tağı Əhmədovun dəfnində iştirak etdik. Bundan əvvəl də dünyasını dəyişən rəhbər şəxslərin dəfnində iştirak etmişik. Bu, Metropoliten kollektivinin itkisidir. Mediaya göndərməsək də, rəsmi səhifəmizdə nekroloq yaymışıq”.
Qurumdan bildirilib ki, bu vaxta kimi Tağı Əhmədovun səhhəti ilə maraqlanıblar:
“Ötən il Heydər Əliyevin 100 illiyində Tağı Əhmədov və Şaiq Əfəndiyev iştirak edə bilməmişdi. Amma gedib, video müsahibə etmişdik. Hər zaman normal münasibət olub. İstər xeyirdə, istərsə də şərdə bir yerdə olmuşuq. Metropoliten ailəsində ayrı-seçkiliklər olmur”.
Tehsil-press.az