Professor xəbərdarlıq etdi - Qaraciyər xərçənginə yol açır

Professor xəbərdarlıq etdi - Qaraciyər xərçənginə yol açır Anhui Kənd Təsərrüfatı Universitetində aparılan yeni bir araşdırmaya görə, xiyar və alma qabıqlarında olan pestisidlər qaraciyər xərçənginə səbəb ola bilər. Mütəxəssislər xəstəlik yayan pestisidlərin yuyulduqda belə getməyəcəyini vurğulanır.

Nə qədər yuyulsa da təmizlənə bilməyən digər qidalara düyü və krevetka daxildir.

Nano Letters jurnalında dərc olunan məqalədə meyvə və tərəvəzlərin sadəcə qabıqlarını soymaqla pestisidlərin udulma riskinin qarşısını almaq olar.

Mütəxəssislər, "Soyulma prosesinin meyvənin epidermis və pulpada olan pestisidləri zərərsizləşdirəcəyini düşünürük" deyib.

Pestisidlər qaraciyər xərçəngindən əlavə beyin zədələnməsi, sonsuzluq, böyrək və ağciyər xəstəlikləri kimi bir çox ciddi sağlamlıq problemlərinə də səbəb ola bilər.

Pestisidin dərhal təsirlərinə burun, boğazda yanma və dərinin qıcıqlanması, ürəkbulanma və başgicəllənmə kimi ümumi simptomlar daxil ola bilər.

Qeyd edək ki, pestisidlərlə zəhərlənmə də soyuqdəyməyə bənzər simptomlara səbəb ola bilər. Əgər pestisidlərlə zəhərləndiyinizi düşünürsünüzsə, dərhal həkimə müraciət etməyiniz faydalı olar.

Tehsil-press.az

Oxşar xəbərlər