Növbəti mitinq bütün ölkəyə elan edildi

Növbəti mitinq bütün ölkəyə elan edildi Noyabrın 15-i saat 17:00-də Tbilisidə mitinq keçiriləcək.

Mitinqi “Daitove” ictimai hərəkatı elan edib.

Bildirilib ki, mitinqə paytaxtın Respublika Meydanından etiraz yürüşü ilə başlanılacaq.

Qeyd edək ki, “Daitove” ictimai hərəkatı 26 oktyabr Parlament seçkilərinin nəticələrinə etiraz edir.

Məlumat üçün bildirək ki, 26 oktyabr Parlament seçkilərinin MSK tərəfindən açıqlanan rəsmi nəticələrini 5% bariyeri aşaraq Parlamentdə təmsil olunma haqqı qazanan müxalifət partiyalatı, Prezident Salome Zurabişvili və bir sıra QHT-ı tanımır və seçkilərin hakimiyyət tərəfindən "saxtalaşdırıldığını" iddia edir. Müxalifət Parlament girməyəcəyini və etiraz olaraq küçə aksiyalarının keçiriləcəyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər