Tbilisidə Prezident və müxalifət liderləri arasında kritik görüş keçirilir

Tbilisidə Prezident və müxalifət liderləri arasında kritik görüş keçirilir Paytaxt Tbilisidə Orbeliani Sarayında Prezident Salome Zurabişvili müxalifət liderləri ilə görüşür.

Hazırda qərbyönümlü siyasi partiyaların liderləri məsləhətləşmələr üçün Prezident Sarayında toplaşıblar.

Müxalifət liderlərinin Prezidentlə görüşündə əsas müzakirə mövzusu qalmaqallara səbəb olan Parlament seçkiləri və onun nəticələrinin beynəlxalq təhqiqatıdır.

Qeyd edək ki, Salome Zurabişvili ilə görüşdən əvvəl müxalifətçilər öz aralarında məsləhətləşmələr aparıblar.

Tehsil-press.az

Oxşar xəbərlər