Hazırda minlərlə insan Tbilisidə parlament binası qarşısına toplaşaraq Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiyasını dəstəkləyən mitinq keçirir.
Aksiya Gürcüstan, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi məsələsinə baxılacaq Aİ sammiti ərəfəsində (23-24 iyun) keçirilir.
Ötən həftə Avropa Komissiyası Gürcüstana hələlik konkret şərtlərə əməl etməyi tövsiyə edib.
Rustaveli prospektinə müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, eləcə də müxtəlif universitetlərdən olan tələbə birliklərinin nümayəndələri toplaşıblar.
Aksiyadan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili bəyanatla çıxış edərək mitinqdə sakitliyin qorunmasının vacibliyini qeyd edib.
Tehsil-press.az