“Lukaşenkonun gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir”

“Lukaşenkonun gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir” Belarusda Aleksandr Lukaşenkonun prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə gizli inauqurasiya mərasimi keçirməsi onu daha da nüfuzdan salır.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bildirib.
“Lukaşenkonun bu gün (sentyabrın 23-də -red.) Minskdə keçirilən gizli inauqurasiyası onun nüfuzunu daha da zəiflədir. Onun saxtalaşdırılmış seçkiləri Belarus xalqını aldatmaq idi”, - Raab tvitterdə yazıb.
Daha əvvəl ABŞ Dövlət Departamenti gizli inauqurasiya mərasimi keçirən Aleksandr Lukaşenkonu Belarus prezidenti kimi tanımadığını bəyan etmişdi.
Qeyd edək ki, Belarusda 9 avqustda baş tutan prezident seçkilərinin nəticələrinə etiraz olaraq, bir ay yarımdır ki, etiraz aksiyaları davam edir. 1994-cü ildən bu vəzifəni tutan hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib elan edilib. Müxalifət hakimiyyətin elan etdiyi seçki nəticələrini tanımır, onları saxta hesab edir.

Tehsil-press.az

Oxşar xəbərlər