Avropa Komissiyası Aİ-yə gələn qaçqınları kvotalara uyğun olaraq yerləşdirməkdən imtina edən ölkələr üçün maliyyə sanksiyalarının tətbiq olunmasi imkanlarını nəzərdən keçirməyi planlaşdırır. Cərimələrin məbləği adambaşına 250 min avroya qədər ola bilər
RİA Novosti xəbər verir ki, mayın 4-də Avropa Komissiyası Aİ-də sığınacaq verilməsi barədə hazırda fəaliyyət göstərən “Dublin” sisteminin dəyişdirilməsi üzrə yeni təkliflər təqdim etmək niyyətindədir. İlkin plana əsasən, sığınacaq istəyənləri müvəqqəti yerləşdirməkdən boyun qaçıran ölkələr üçün cərimə təyin olunması təklif ediləcək. Lakin bu maddə hələ də müzakirə obyektidir.
Xatırladaq ki, Avropada II Dünya müharibəsindən bəri ən böyük miqrasiya böhranı yaşanır. Bu, Yaxın Şərq və Şimali Afrika ölkələrində hökm sürən bir sıra hərbi münaqişələr və iqtisadi problemlərlə bağlıdır. “Frontex” agentliyinin məlumatına əsasən, 2015-ci ildə Avropa İttifaqına 1,8 milyon mühacir gəlib. Onların böyük əksəriyyəti Türkiyədən Yunanıstana, oradan isə Avropa İttifaqının digər ölkələrinə keçib.
Tehsil-press.az