8 ölkə Belarusa qarşı sanksiyaları ləğv etdi

8 ölkə Belarusa qarşı sanksiyaları ləğv etdi "Avropa İttifaqına daxil olmayan səkkiz ölkə Belarusa qarşı tətbiq edilən sanksiyaları ləğv edib"

Tehsil-press.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini deyib. Onun sözlərinə görə, Makedoniya, Monte-Neqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn və Norveç Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Qeyd edək ki, Avropa İttifaqı fevralın 25-də Belarusun 170 məmuru və üç şirkətinə qarşı tətbiq edilən sanksiyaları ləğv edib. 

tehsil-press.az

Oxşar xəbərlər