Rusiyada 17 qızı doğradı

Rusiyada 17 qızı doğradı Rusiyanın Novosibirsk şəhərində 17 qızın ölümündə təqsirləndirilən 51 yaşlı kişi həbs edilib.

Bu barədə məlumat Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, qətl hadisələri 1998-ci ildən 2006-cı ilə qədər törədilib. İstintaq iddia edir ki, saxlanılan şəxs qızların intim xidmətindən istifadə etdikdən sonra, onları doğrayırdı və Novosibirsk rayonunun müxtəlif yerlərində basdırırdı. Axtarışlar zamanı 3 min nəfərlə sorğu-sual edilib, 300-dən çox molekulyar-genetik tədqiqatlar aparılıb. Nəticədə şübhəli şəxsin genotipi əldə edilib.
Hal-hazırda o istintaq təcridxanasında saxlanılır.

tehsil-press.az

Oxşar xəbərlər