Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Oxu.Az-a verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər