Bu gün yerli vaxtla saat 17:37-də Zaqatala stansiyasından 42 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda zəif hiss edilib.
Bundan başqa, yerli vaxtla saat 20:09-da Əli-Bayramlı stansiyasından 48 km cənub-şərqdə Neftçala rayonunda zəlzələ baş verib. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 32 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda hiss edilməyib.
Tehsil-press.az