Min bir dərdin dərmanı olacaq içki - Alimlər bu qənaətə gəldilər

Min bir dərdin dərmanı olacaq içki - Alimlər bu qənaətə gəldilər Espresso əsasında hazırlanan içkilər (latte, kapuçino) Altsheymer xəstəliyindən qoruyur, süzülmüş qəhvə isə ürək və damarlar üçün xüsusilə faydalıdır.

Bu barədə "Daily Mail" nəşrinə Budapeştdə yerləşən Semmelweis Universitetinin tibbi vizuallaşdırma şöbəsinin direktoru, doktor Pal Mauroviç-Horvat bildirib.

Alim təsdiqləyib ki, qəhvə orqanizmə müsbət təsir göstərir, lakin bu təsir hazırlanma üsulundan asılıdır.

Norveçli tədqiqatçılar 500 min könüllünün qidalanma vərdişlərini 20 il ərzində araşdıraraq müəyyən ediblər ki, süzülmüş qəhvə ürək və damar sisteminə müsbət təsir göstərir. Belə içkidən gündə dörd fincan qəbul edilməsi, ürək tutmalarına səbəb ola biləcək arterial patologiyalar riskini azaldır.

İtaliyalı alimlər isə 2023-cü ildə espresso əsasında hazırlanan qəhvənin, o cümlədən kapuçino və lattenin beyin üçün faydalı olduğunu aşkar ediblər. Espresso ekstraktları, Altsheymer xəstəliyi ilə əlaqəli toksik zülalların beyində yığılmasının qarşısını alır, kofein isə iltihabı azaldır və neyronları qoruyur, demensiya riskini azaldır.

Bununla belə, bütün növ qəhvələr eyni dərəcədə faydalı deyil. Kanadanın MakGill Universitetinin alimlərinin sözlərinə görə, həll olunan qəhvə daha çox akrilamid tərkibinə malikdir. Laboratoriya tədqiqatları göstərib ki, akrilamid ağciyər və reproduktiv sistemdə xərçəng yarada bilər.

Lakin həll olunan qəhvənin mülayim istifadəsi (gündə 10 fincana qədər) bu mənfi təsirləri minimuma endirir. Mauroviç-Horvat qeyd edib ki, belə qəhvə antioksidantlarla zəngindir, bağırsaq mikroflorasını dəstəkləyir və orqanizmi xəstəliklərdən qoruyur.

Tehsil-press.az

Oxşar xəbərlər