Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi barista ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edib.
Agentliyin və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu yanvarın 10-dək aparılacaq.
Təlimlərə barista ixtisası üzrə işləmək istəyən şəxslər müraciət edə bilərlər. Seçim zamanı təlimdə iştirak etmək motivasiyası nəzərə alınacaq, həmçinin qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Təlim iştirakçılarına qəhvənin tarixi, üyüdülmə və dəmlənmə prosesləri, “espresso” maşınının hissələri, ondan istifadə qaydaları, südün növləri, seçilməsi və köpükləndirilməsi, “espresso” qəhvə içkilərinin hazırlanması, qonaqlara qəhvə xidmətinin göstərilməsi və satışı üzrə bilik və bacarıqlar öyrədiləcək. Təlimləri uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.
Tehsil-press.az