Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Torpaqdan fincana qəhvə biznesi: 3-cü dalğa qəhvə mədəniyyəti” adlı seminar keçirilib.
ATMU-nun məzunu, “United Coffee Beans” şirkətinin təsisçisi və icraçı direktoru Pərviz Dadaşovun və şirkət əməkdaşlarının təqdimatında qəhvənin tarixi, növləri və hazırlanma prosesinin incəliklərinə aydınlıq gətirilib. Seminar zamanı peşəkarların hazırladıqları qəhvə tələbələr tərəfindən qiymətləndirilib.
Hər işdə peşəkar təcrübənin vacibliyini vurğulayan P.Dadaşov təhsil və vaxt amilini yüksəliş piramidasının təməli kimi qiymətləndirib.
Seminar çərçivəsində təşkil olunan yarışmanın qaliblərinə hədiyyələr verilib.
Tehsil-press.az