Azərbaycanda general oğluna yüksək vəzifə verildi

Azərbaycanda general oğluna yüksək vəzifə verildi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində rəisin müşaviri vəzifəsi yoxdur.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, müşavir vəzifəsinə yox, rəisin köməkçisi vəzifəsinə təyin olunub:

"Rauf Qasımzadə Strateji planlaşdırma və Monitorinq İdarəsində Penitensiar xidmət rəisinin köməkçisi təyin olunub".

11:32

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub.

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.

Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Tehsil-press.az

Oxşar xəbərlər