Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddətinin uzadılması ilə bağlı prokurorun təqdimatına baxılıb.
Səbail Rayon Məhkəməsi təqdimatı təmin edib.
Məhkəmənin qərarı ilə Tofiq Həsənovun həbsdə saxlama müddəti 1 ay uzadılıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.
Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Tehsil-press.az



Oxşar xəbərlər