Dövlət bütün sahələri maliyyələşdirə bilməz - Nazir

Dövlət bütün sahələri maliyyələşdirə bilməz - Nazir “Bütün istiqamətlərə vəsaitin ayrılması mümkün deyil”.

Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

“Ölkəmizin tarixində bu səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50% artım deməkdir. Bu kifayət qədər qısa müddət ərzində təsirli addımdır. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Dünyanın ən varlı dövlətlərində də bu mümkün deyil. Ona görə çalışırıq ki, bütün istiqamətlərə imkan daxilində büdcə layihəsi təqdim edilsin”, – deyə nazir bildirib.

O qeyd edib ki, idmana da kifayət qədər vəsait ayrılıb: “Növbəti ildə MDB-yə daxil olan dövlətlərin idman yarışları keçiriləcək. Buna da xüsusi vəsait ayrılıb. Son illər ərzində idmana vəsait ayrılması baş verir. Dövlət bütün sahələri maliyyələşdirə bilməz”.

Tehsil-press.az

Oxşar xəbərlər