Samir Şərifov: Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub

Samir Şərifov: Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsini nəzərdə tutan 2020-ci ilin büdcəsi Milli Məclisə ölkə başçısı tərəfindən təqdim olunub. Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Büdcənin tərtibində ölkənin makroiqtisadi proqnozları əsas götürülüb.
Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
Nazir bildirib ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq: "Gələn il üçün ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır. Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır".
Nazir söyəyib ki, növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur: "Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat təşkil edəcək. Xərclərin 17 milyard 276 milyon manatı cari xərclərə, 7 milyard 810 milyon manatı əsaslı xərclərə, 1 milyard 828 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq- mühafizə orqanlarının saxlanması xərclərinə 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Hərbi qulluqçuların mənzillə təmin olunması, əhalinin güzəştli şəkildə mənzil əldə etməsi, ipoteka kreditləri ilə dəstəklənən məsələlərə də maliyyənin ayrılması nəzərdə tutulub. Bu tədbirlərin maliyyələşdirilməsi üçün 245 milyon manat vəsait ayrılacaq".

Tehsil-press.az

Oxşar xəbərlər