Gürcüstan XİN-in 44 əməkdaşı hökumətin qərarına qarşı çıxdı

Gürcüstan XİN-in 44 əməkdaşı hökumətin qərarına qarşı çıxdı Gürcüstanın Avropa İttifaqına (Aİ) üzv olması ilə bağlı danışıqların 2028-ci ilin sonunadək dayandırılması barədə bəyanat ölkənin strateji maraqlarına cavab vermir.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) 44 əməkdaşının imzaladığı birgə bəyanatda deyilir.

Bəyanat müəllifləri bildiriblər ki, qərar Gürcüstan konstitusiyasına ziddir.

“Danışıqlar prosesinin uzadılması ölkənin təcridinə gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan beynəlxalq və təhlükəsizlik mühitində cərəyan edən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalır”, - bəyanatda deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər