Gürcüstan Prezidentinin bütün tədbirləri təxirə salındı

Gürcüstan Prezidentinin bütün tədbirləri təxirə salındı Gürcüstan Prezidenti Salome Zurabişvilinin iştirakı nəzərdə tutulmuş bütün tədbirlər təxirə salınıb.
Bu barədə Gürcüstan Prezident Administrasiyası bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Gürcüstan Prezidenti ölkədə yaranmış epidemioloji vəziyyətlə əlaqədar kütləvi tədbirlərdə iştirak etməyəcək və dövlət başçısı üçün əvvəlcədən nəzərdə tutulmuş tədbirlər təxirə salınır.
Prezidentin, hətta Tokio Olimpiadasında iştirak etmiş idmançılarla görüşü də baş tutmayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər