Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli parlament əməkdaşlığı müzakirə olundu

Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli parlament əməkdaşlığı müzakirə olundu Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla görüşüb.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Gürcüstan ilə Türkiyə arasındakı strateji tərəfdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, iki ölkənin parlamentləri və komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr vurğulanıb.
Tərəflər Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının üçtərəfli formatında fəal parlament əlaqələrinin də olduğunu vurğulayıblar.
TBMM-nin sədri Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin Gürcüstanın xarici siyasi prioritetlərinə ikitərəfli və çoxtərəfli formatlarda güclü dəstəyini bir daha təsdiqləyib.
Tərəflər bölgədə təhlükəsizlik çağırışlarını nəzərdən keçirib, sülh və sabitliyə nail olmaq üçün birgə səylərinin vacibliyini qeyd ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər