İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leu ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin yüksək səviyyədə olduğunu, uğurla inkişaf edən əməkdaşlığın genişləndirilməsində intensiv qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini vurğulayıb. Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən Ş.Mustafayev bildirib ki, ölkələrimiz arasında iqtisadi sahənin də əhatə olunduğu müvafiq qanunvericilik bazası formalaşdırılıb, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdirilir, iş adamları arasında əlaqələr genişlənir. Ölkələrimiz, o cümlədən iş adamları arasında əlaqələrin inkişafında bu gün 7-ci iclası keçirilən Birgə Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir.
İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın diversifikasiyasının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayıb, istehsal, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanları qeyd edib.
Görüşdə Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, İsveçrənin bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətinin beynəlxalq qanunvericiliyə zidd və qəbuledilməz olduğunu vurğulayıb.
İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi L.Leu ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizlə enerji, ticarət və investisiya qoyuluşu sahələrində uğurla əməkdaşlıq edildiyini vurğulayıb. Xanım L.Leu İsveçrənin Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini və ölkəsinin öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə səyahət etməməyi tövsiyə etdiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
tehsil-press.az