İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi

İŞİD Liviyada bir neçə rayonu ələ keçirdi İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.

Al-Wasat nəşri xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar. Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar. Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.


Tehsil-press.az

Oxşar xəbərlər