Petrosyanın etirafları Andranikin cinayətlərinin davamı kimi dəyərləndirilməlidir

Petrosyanın etirafları Andranikin cinayətlərinin davamı kimi dəyərləndirilməlidir “Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-24-də Qarabağda qətliamlar törətmiş, mülki soydaşlarımıza qarşı xüsusi amansızlığı ilə fərqlənmiş “Yerkrapa” terrorçu qruplaşması qarşısında edilən çıxışında qeyri-adi heç nə yoxdur. Çünki ermənilərin tarixi torpaqlarımıza köçürülməsindən bu günə qədərki fəaliyyətləri arxasında məhz bu missiya dayanmışdı. Eyni zamanda bu kimi çıxışların kökünü əslində tarixi sənədlərdə və Çar Rusiyasının cənubi Qafqaz strategiyasında erməni faktorundan lazımıca istifadə etməsində axtarmaq lazımdır”.

Bu sözləri Qərbi azərbaycanlıların köç və işğal problemlərinin araşdırıcısı, Araşdırmaçı Jurnalistlər liqasının baş katibi Şəfayət Avılbəyli, Ermənistanın birinci prezidenti L.T.Petrosyanın 1993-cü ildə ki, terorçu qrupun qarşısındakı çıxışına münasibət bildirərkən deyib.

Şəfayət Avılbəyli açıqlamasınada qeyd edib ki, Çar Rusiyası dönəmindən öz başlanığıcını qoymuş və dövlət səviyyəsində köçürmə siyasəti ilə reallaşdırılan proses bolşeviklərin hakimiyyətə gəlişindən sonra da eyni səviyyədə və hətta bir qədər fərqliliklə, daha doğrusu əlavələrlə davam etdirilmişdir. Araşdırmaçılar 1905-ci ildən günümüzə qədər çirkin və antiimperialist siyasətini davam etdirməsini rəsmi sənədlərdə isə ermənilərin Azərbaycan türklərinə qarşı genosid, soyqırım siyasətini tutarlı dəlillərlə sübut edirlər.

Məsələn, 1918-1920-ci illərdə Göyçə gölünün şərq və şimal sahillərində yerləşən azərbaycanlı kəndlərinin 84-ü dağıdılmış, əhalinin böyük əksəriyyəti amansızcasına qətlə yetirilmişdir. “Basarkeçər rayonunun 115 mindən çox evi olan 22 kəndi bir həftə ərzində talan edilmiş, salamat qalan sakinləri isə var-dövlətini qoyub Gəncə və Cavanşir qəzalarına qaçmış, aran rayonlarında sığınacaq tapmışlar”.

1988-ci ildən isə başlayan dönəm Qərbi azərbaycanlıların köç, işğal proseslərinin açıq müstəviyə keçməsi baxımından ayrıca mərhələdir və bu mərhələdə L.T.Petrosyan kimi canilərin bu prosesdə iştirakı məhz bu kimi çıxışları ilə deyil, real cinayətkar fəaliyyətləri ilə tarixin yaddaşındadır və zaman onlarında cəzasını kəsəcək. Hansıki Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan kimi...

“L.T Petrosyanın “Türksüz Ermənistan” ideyaları və çıxışındakı etiraflar daşnaqların “lideri” Andranik Ozanyanın cinayətlərinin davamı kimi dəyərləndirilməlidir”.

Ş.Avılbəyli açıqlamasında qeyd edib ki, hər bir xalq müxtəlif şəraitdə öz tarixçilik ənənəsini yaradır və saxlayır. Məsələn, bizim yəni türklərin “qırğın dəstəsinin başçısı” kimi qəbul etdiyimiz Andranik Ozanyan ermənilər üçün simvoldur, qəhrəmandır. Məhz bu kimi natarazslıq tarixdə obyektivlik anlayışını alt-üst edir və kimin kim olmasının aydınlaşdırılmasını çətinləşdirir. Bizim əzəli torpaqlarımız da tarixi ədalətsizliyin qurbanına çevrilmişdir.Bu gün bütün fəaliyyətlər Qərbi Azərbaycan torpaqıarının əzəli sakinlərinin hüquqlarının bərpası üçün yönəldilməlidir və Petrosyanın məlum etirafı da bu prosesi bir daha labüdləşdirir.

Tehsil-press.az

Oxşar xəbərlər